"Fənərbağça" mərakeşli futbolçu ilə yolları ayırmaq qərarına gəldi

Ulduz forvard Yusuf En-Nesiri "Fənərbağça"dan ayrılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mərakeşli hücumçu komandadakı mövqeyindən narazıdır.

28 yaşlı hücumçu ilə İngiltərə və Səudiyyə Ərəbistanının klubları maraqlanır.

En-Nesiri bu mövsüm "sarı-lacivərd" forma ilə Super Liqada 34 oyunda 20 qol vurub.

Qeyd edək ki, "Fənərbağça" daha əvvəl Edin Ceko və Duşan Tadiçlə də yollarını ayırıb.

03.06.2025 20:45
385