Fələstin prezidenti Türkiyəyə gedib

Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə üç günlük rəsmi səfərə gəlib.

APA xəbər verir ki, Abbası hava limanında bir sıra türk rəsmiləri, həmçinin Türkiyədə akkreditə olunmuş ərəb ölkələrinin səfirləri qarşılayıblar.

Səfər zamanı Abbasın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Danışıqların əsas mövzularından biri Fələstin-İsrail münaqişəsi olacaq.

05.03.2024 01:05
332