İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfərinə icazə verməyib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Fələstin rəhbərinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi, nazir Riyad əl-Maliki deyib.
"İcazə istəməmişik. Prezidentin Qəzzaya gedəcəyini bildirdik. Dərhal İsraildən cavab gəldi ki, Prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklər", - bəyanatda bildirilir.