Fələstin parlamentinin spiker müavini Qəzzada həlak oldu

Fələstin Qanunvericilik Şurasının (parlament) sədr müavini Əhməd Bahar Qəzzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bu barədə “Maan” agentliyi öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, Bahar radikal HƏMAS hərəkatının rəhbərliyində təmsil olunub.

Fələstin parlamentinin sədr müavininin harada və nə vaxt yaralandığı barədə məlumat verməyib.

Qeyd edilir ki, Ə.Bahar siyasi fəaliyyəti ilə yanaşı İslam Universitetində dərs də deyib.//Oxu.az

17.11.2023 18:30
469