Fələstin Ərəb dövlətlərinə müraciət etdi

Fələstin Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr üçün Ərəb Dövlətləri Liqası Şurasının (ƏƏŞ) fövqəladə iclasının keçirilməsi tələbi ilə çıxış edib.

Bu barədə jurnalistlərə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur məlumat verib: “Ərəb Liqası Şurasının yaxın günlərdə Qahirədə xarici işlər nazirləri səviyyəsində fövqəladə iclasının keçirilməsini tələb etdik”.

Musavat.com

08.10.2023 23:25
4578