FED rəhbəri bazarları məyus etdi: Faizlərin endirilməsinə ehtiyatla yanaşacağıq

Son statistik məlumatlar Amerika iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu göstərir ki, bu da Federal Ehtiyat Sisteminin (FED rəhbərliyinə pul siyasətinin yumşaldılmasına ehtiyatlı yanaşmağa imkan verir.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauel verib.

O bildirib ki, "iqtisadiyyat dərəcələri azaltmağa tələsməyin lazım olduğuna dair siqnallar göndərmir": "İnflyasiya bizim uzunmüddətli hədəfimiz olan 2 faizə əhəmiyyətli dərəcədə yaxınlaşdı, lakin buna hələ çatmadı Biz bunu başa çatdırmaqda qərarlıyıq. Nisbətən tarazlaşdırılmış əmək bazarı şərtlərini və möhkəm inflyasiya gözləntilərini nəzərə alaraq, inflyasiyanın 2 faizlik hədəfə doğru enişini davam etdirəcəyini gözləyirəm, baxmayaraq ki, bu yolda bəzi dalğalanmalar ola bilər”.

FED sentyabr ayında faiz dərəcələrini azaltmağa başlayıb, borclanma xərclərini 50 baza bəndi, keçən həftə yenidən 25 baza bəndi endirib. Lakin oktyabrda inflyasiyanın yenidən sürətlənməsi qeydə alınıb. Bu isə faizlərin endirilməsi siyasətinə ara verilməsi təhlükəsi yaradıb.

Pauellin açıqlamalarından sonra bazarın FED-in dekabr iclasında uçot dərəcəsinin endirilməsi ehtimalı ilə bağlı qiymətləndirməsi bir gün əvvəlki 80 faizdən 60 faizə düşüb.

Musavat.com

15.11.2024 20:48
227