ABŞ Federal Ehtiyatlar Sistemi(FED) uçot dərəcəsinin dəyişməmək qərarına gəlib.
Musavat.com tənzimləyicinin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, ölkənin mərkəzi bankının funksiyalarını yerinə yetirən FED baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb.
Qeyd edək ki, FED-in bu qərarı analitiklər tərəfindən proqnozlaşdırılmışdı. Bu baxımdan qərarın bazarlara hər hansı təsirinin olacağı gözlənilmir.
Musavat.com