FED əsas faiz dərəcəsini kəskin artırdı

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasından sonra uçot dərəcəsini 25 baza bəndi, 5,25-5,5 % -ə qədər artırıb.

“Report” xəbər verir ki, bu barədə FED məlumat yayıb.

“Komitə (Açıq Bazar Komitəsi, FOMC – red.) uzunmüddətli perspektivdə maksimum məşğulluq və 2 % səviyyəsində inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların dərəcəsi üçün hədəf diapazonunu 5,25-5.50 %-ə qədər artırmaq qərarına gəlib”, - məlumatda deyilib.

Eyni zamanda tənzimləyici qeyd edib ki, bu, gələcəkdə uçot dərəcəsinin artırılmasının məqsədəuyğunluğunu istisna etmir:

“İnflyasiyanın 2 %-ə qaytarılması üçün məqsədəuyğun ola biləcək pul-kredit siyasətinin daha da sərtləşdirilməsinin miqyasını müəyyən edərkən komitə pul siyasətinin ümumi sərtləşdirilməsini, onun iqtisadi aktivliyə və inflyasiyaya təsir etdiyi gecikmələri, iqtisadi və maliyyə şərtlərini diqqətə alacaq”.

27.07.2023 00:49
846