Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili dərhal 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırılıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, sui-qəsdə məruz qalan millət vəkili əməliyyatdan çıxıb. Fazil Mustafanın Bakıdakı özəl klinikalardan birinə köçürüləcəyi bildirilir.
***
Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.
Musavat.com xəbər verir ki, hadisədən sonra deputat öncə evində müayinə olunub, daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda deputat əməliyyat olunur.
Xəstəxananın qarşısında ictimai şəxslər, siyasilər toplaşıblar.
***
Evinin qarşısında güllələnən deputat Fazil Mustafa artıq əməliyyatdan çıxıb və vəziyyəti stabildir.
Musavat.com