Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa da məsələ ilə bağlı öz fikirlərini bölüşüb.
O, sosial şəbəkə hesabında bu barədə yazıb:
“İlkin Rüstəmzadənin açıqlamasını izlədikdən sonra bu cümləni yazmaq zərurəti duydum: Avropaçılığı, Ateistliyi, Müsəlmançılığı, Amerikaçılığı, Cəbhəçiliyi, YAPçılığı, Müsavatçılığı, regionçuluğu, bütöv və yarımçıq Azərbaycançılığı əksər hallarda bütpərəst formasında yaşayan xalqımızın zavallı insanları. Daha bir bütünüz sındı. Bəxtiyar olun!
Gənclərimiz, orta nəslin insanları, sizlərə deyirəm, siyasi, ictimai, dini və başqa dələduzların dalınca çox da sürətlə getməyin, kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin, Vətən sevgisini saxta pafoslu vətənpərvərlikdən ayırın.
Kimlərinsə bundan bəxtiyar görünməsinə aldanmayın, qalıcı olan hansı platformada olursa-olsun bu millətin, bu dövlətin faydası üçün səmimi çalışmaqdır”.
Musavat.com