Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Fatmayı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Musavat.com bu barədə "Report"a istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.