Fatma Səttarovanın dəfn yeri açıqlandı

Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Musavat.com xəbər verir ki, təşkilatdan bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, "İstiqlal" ordenli F.Səttarova 102 yaşında dünyasını dəyişib.

14.09.2024 10:54
1060