ADA Universitetinin prorektoru, DİM-in İdarə Heyətinin üzvü Fariz İsmayılzadənin atası rəhmətə gedib.
Bu barədə Fariz İsmayılzadə özü məlumat verib.
Allah rəhmət etsin!
Qeyd edək ki, Fariz İsmayılzadə 2016-cı ildə Prezidentin sərəncamı ilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunub.