Fanatı Sibel Canın evinə girib

Məşhur müğənni Sibel Canın başına iş gəlib.

BAKU.WS xəbər verir ki, sənətçinin gizli fanatı tez-tez onun qapısına gələrək hədiyyələr qoyub. Onun bu addımı Sibeli qəzəbləndirib.

Müğənninin fanatı aldığı hədiyyələri onun İstanbul Beykozda yerləşən villasına gətirib. Pərəstişkarı aldıqlarını təslim etmək istəyəndə Sibelin sürücüsü ilə mübahisə edib. Sürücü onu polisə verib.

Bölməyə aparılan şəxs məqsədinin cinsi təcavüz olmadığını, sadəcə Sibelə hədiyyələr gətirdiyini deyib.

İfaçı pərəstişkarından şikayətçi olmadığını bildirib.

26.09.2022 16:00
810