“Faiq, hansı vicdanla bunları söylədin?” - Flora Kərimova

“Faiq Ağayevin itirdikləri çox oldu. Arada məni yenidən çimdikləmək istədi. Amma onu yerində otuzdurdum. Taleyim elədir ki, kimsə mənə sataşır. Millət həmin o kimsənin haqqında elə kompromateriallar göndərirlər ki, əlim nəyəsə çatsaydı da, mən o həqiqəti bilməzdim”. 

Bu sözləri Xalq artisti Flora Kərimova “O üz” verilişində deyib.

Müğənni illərdir küsülü olduğu həmkarı Faiq Ağayevlə yaşadığı qalmaqaldan danışıb: 

“İnanmasam, sübut görməsəm,  bütün övladlarımın canına and içirəm ki, ömrümdə ağzımı açmaram. Sən Faiq, hansı vicdanla bunları söylədin. Düşünmədin ki, səni pərt edərəm? Bunu çox yaxşı bacarıram. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm.

Balaca bir bağlılığı, sap qədər nazik münasibəti lap qırırsan. Niyə? O dövrdə, o çevrəyə girdi və hansısa dəstək gözlədi. Niyə bunu etdin, Faiq? Səni nə vadar etdi bunları etməyə? Səni nə vadar etdi ki, mən ağzımı açdım? Yalnız özümü müdafiə etmişəm. Heç zaman hücüm etməmişəm”. (Axşam.az)

25.12.2023 13:48
5096