Xalq artisti Faiq Ağayev uzun müddətdir solo konsert verməməsindən bəhs edib.
Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı "Space maqazin"ə açıqlama verən müğənni solo konsertə hazırlaşdığını deyib:
"Pandemiya planlarımızı çox dəyişdi. 3 il konsertsiz qaldım. Bu, mənim üçün ən böyük cəzalardan biridir. Ümid edirəm ki, 2023-də tamaşaçıları ənənəyə uyğun olaraq dekabrda başıma toplayıb, solo konsert keçirəcəyəm".