Xəbər verdiyimiz kimi, dünən Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölüb.
Musavat.com xəbər verir ki, manset.az faciəvi şəkildə dünyasını dəyişən ana və azyaşlı övladlarının fotosunu əldə edib.
Aytac Əzimova Şirvan şəhərində dəfn olunub.
Qeyd edək ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.