Xəbər verdiyimiz kimi, ötən gün Astarada yük avtomobili tərəfindən vurulan rayon sakini vəfat edib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, 44 yaşlı Nazim Baxşiyev 6 uşaq atası imiş.
Fəhləlik edərək ailəsini dolandıran mərhumun həyat yoldaşı 3 il bundan əvvəl xəstəlik səbəbilə ölüb.
Məktəbili və azyaşlı uşaqlarına isə Nazim Baxşıyev özü baxırmış.