Xəbər verdiyimiz kimi, bu gün Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı Bayramova İlahə Səyyad qızı binadan yıxılaraq ölüb.
Onun həyatını sonlandırması ehtimalı da araşdırılır. Məlumata görə, İ.Bayramova nişanlı olub, iki ay sonra toyu baş tutacaqmış.
Qeyd edək ki, İlahə Bayramova rəssam Səyyad Bayramovun qızıdır.
--------
18:15
Bakının Nəsimi rayonunda qız faciəvi şəkildə ölüb.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün saat 17:30 radələrində Əlövsət Quliyev küçəsində 22-25 yaşlı qız ikimərtəbəli binanın damından atlanaraq həyatını sonlandırıb.
O, hadisə yerində ölüb.
Ərazi polis tərəfindən nəzarətə götürülüb.
Əldə olunan məlumata görə, özünü binadan atan şəxs Bayramova İlahə Səyyad qızıdır.