Faciəvi şəkildə ölən hərbçimizin FOTOSU

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də silahla ehtiyatsız davranması nəticəsində xəsarət alan Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Musavat.com Modern.az-a istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan hərbçimiz Mingəçevir şəhərində məskunlaşmışdı.

O, ötən il Daxili Qoşunların Ali Hərbi Məktəbini bitirib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

23.09.2024 14:24
886