Əziz Əzizov Suraxanıdan Beyləqana göndərildi

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə o, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

08.07.2024 14:21
1425