Audit sahəsində dünyanın ən böyük 4 şirkətindən biri olan EY (Ernst & Young) Azərbaycanda 115 nəfər UNEC məzunu çalışır.
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 3 nəfəri rəhbər vəzifədədir. Ümumilikdə EY Azərbaycan şirkətində çalışanların 38 faizini UNEC məzunları təşkil edir.
Musavat.com