"Kişi pul qazanmalıdır. Daşdan da pul çıxartmalıdır. Ailəni saxlamağı bacarmalıdır".
Bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Elgizlə izlə" verilişində deyib.
Qarmon ifaçısı kişilərlə bağlı açıqlaması ilə müzakirələrə səbəb olub:
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et. Bunun davamı var axı. İndi sevgi, məhəbbət yoxdur. İndi əsas puldur. Əvvəl sevirdilər. Mənə də o qədər elçi gəlirdilər ki... Mən isə zərgər seçdim". (Axşam.az)