Evlilik təklifini rədd edən tibb bacısını tapança ilə öldürən şəxs məhkəmədə etdiyi hərəkət ilə hər kəsi şoka salıb.
Musavat.com xəbər verir ki, sözügedən hadisə Türkiyənin Karaman vilayətində baş verib.
Qatil məhkəmə kollegiyası sədrinin israrına baxmayaraq heç bir suala və ona qarşı sürülən ittihamlara cavab verməyib.
Məhkəmə zalında təqsirləndirilən şəxs və şikayətçinin vəkilləri ilə yanaşı qətlə yetirilən Əminə Ayın anası Həvva və atası Mehmet Ay da iştirak edib.
Vəkillər təqsirləndirilən şəxsin ittiham aktına uyğun olaraq cəzalandırılmasını istəyib. Məhkəmə heyəti iclası təxirə salıb.
Qətlə yetirilən qadının valideynləri qatilin heç bir suala cavab verməyərək "dəlilik kağızı" almağa çalışdığını iddia edib.
Musavat.com