Evli qadınla görüşən şəxs özünü balkondan ATDI - VİDEO

Türkiyənin Bolu şəhərində xarici ölkə vətəndaşı həyat yoldaşının onu aldatdığını zənn edərək evinə basqın edib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, qadının ərindən qaçmağa çalışan kişi 3-cü mərtəbədən özünü atıb.

Hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları gəlib.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.

Həmin görüntüləri təqdim edirik:

Musavat.com

03.06.2024 14:52
1470