Türkiyənin Bitlis əyalətində daha əvvəl qaçırdığı Ayşe İnceyolun evinə silahla basqın edən Cihan Oral 3 nəfəri qətlə yetirib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hücumda 27 yaşlı gənc qadın, atası və qardaşı həyatını itirib, anası isə ağır yaralanıb.
Qətliamı törədən Cihan Oral hadisədən sonra qaçıb. Jandarma cinayətkarın tutulması üçün əməliyyata başlayıb.
Hadisə yerli vaxtla gecə saat 03:00 radələrində Mutki rayonunun Kavakbaşı qəsəbəsində baş verib.
Məlumata görə, Muş vilayətinin Azaklı kəndində yaşayan evli Cihan Oral təxminən bir il əvvəl Ayşe İnceyolu qaçırıb. Lakin ailəsi bir müddət sonra qızlarını taparaq evə gətirib. Silahla Ayşe İnceyolun evinə gedən Cihan Oral ilə ailə üzvləri arasında mübahisə düşüb. Mübahisə zamanı Oral tüfəngdən atəş açıb. O, Ayşe İnceyolu, atası Musa İnceyolu (65 yaş) və böyük qardaşı Neytullah İnceyolu (35 yaş) öldürüb, anası Nermin İnceyolu (54 yaş) isə ağır yaralayıb.
Musavat.com