"Evimin ünvanını unutdum" - VİDEO

"Komedixana"nın sevilən simalarından olan Zarina Qurbanova maraqlı açıqlamalar verib.

Müğənnilik fəaliyyətinə də başlayan aktrisa qorxduğunu etiraf edib. Bu sənətdə pulun çox olduğunu deyən Qurbanova aktrisalığa daha çox enerji sərf etməsinə baxmayaraq, qazancının az olmasından gileylənib.

Bir gündə 10 obraz canlandıran Zarina hətta taksidə gedərkən çıxılmaz vəziyyətə düşüb. O, yaşadığı evin ünvanını unudaraq anasına zəng etdiyini bildirib. 

İşinin çətin tərəflərini göz önünə sərən aktrisanın həmin açıqlamalarını təqdim edirik:

milli.az

25.08.2024 15:33
10866