Əvəz Zeynallıdan xəbər var

"Xural TV"nin rəhbəri Əvəz Zeynallının bu günə nəzərdə tutulan məhkəməsi təxirə salınıb.

Musavat.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib. 

O bildirib ki, Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı verdikləri vəsatətə sabah saat 16:00-da Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrlik etdiyi iclasda baxılacaq.

20.09.2022 11:40
2698