Əvəz Zeynallıdan XƏBƏR VAR - sabah saat 15:00-da...

Aprelin 22-də saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində Əvəz Zeynallı və Elnur Şükürovun şikayətinə baxılacaq.

Musavat.com xəbər verir ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.

Jurnalist Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.

Musavat.com

21.04.2024 13:43
1576