İstanbulda ev sahibi ilə kirayənşin arasında mübahisə yaranıb.
Musavat.com xəbər verir ki, mübahisə böyüdükdən sonra kirayənşin Səlahəddin D. ev sahibini küçənin ortasında bıçaqlayaraq öldürüb.
Qətli törədən şəxs hadisə yerində polisi gözləyib. Polis qətli törədən şəxsi saxlayıb.
Ətrafdakı vətəndaşlar vəziyyəti dərhal polis və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn təcili yardım qrupları ağır yaralanan kişiyə ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. Xəstəxanaya aparılan Serkan Akçiçek bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Hadisə yerinə gələn polis qrupları araşdırma aparıb.
Musavat.com