Ev yandı, 31 yaşlı qadın xəsarət aldı

 

Balakəndə baş verən yanğın zamanı bir nəfər xəsarət alıb.

Musavat.com Apa-ya istinadən xəbər verir ki, yanğın Balakən rayonu Hənifə kəndində 1987-ci il təvəllüdlü Məcid Məmmədova məxsus evdə qeydə alınıb.

Yanğın zamanı ev sahibinin həyat yoldaşı 1994-cü il təvəllüdlü Dilarə Məmmədova yanıq xəsarətləri alıb.

04.01.2025 00:00
383