Euronews: Vardanyan Azərbaycanda 30 illik erməni - rus layihəsinin siması oldu

Euronews-un məlumatına görə, müasir geosiyasi çağırışlar fonunda Avropa İttifaqı və ABŞ Kreml oliqarxlarına qarşı qətiyyətli və ədalətli mövqe tutmalıdır. Bu şəxslərin müstəqil ölkələrin suverenliyinə təhdid yaratdığı vurğulanır.

Xüsusilə, Rusiya tərəfindən Azərbaycanın suveren ərazisində yaradılmış tanınmamış və qanunsuz erməni separatçı rejiminə “dövlət naziri” təyin edilən Ruben Vardanyanın adı çəkilir. Onun bu vəzifəyə gətirilməsi Rusiyanın regiondakı təsirini saxlamaq və Ermənistanın Avropayönümlü baş naziri Nikol Paşinyanı devirmək üçün istifadə edildiyi bildirilir.

Euronews qeyd edir ki, Vardanyan “Qarabağ Respublikası” adlı saxta mikrodövlətin “dövlət naziri” kimi Azərbaycanın suveren sərhədləri daxilində 30 illik erməni-rus hərbi layihəsinin simasına çevrilib. Bu saxta respublika Ermənistan tərəfindən, Rusiyanın və İranın hərbi və maliyyə dəstəyi ilə idarə olunub. Keçən il bu marionet dövlət süqut etdikdə, Vardanyan ərazidən qaçmağa cəhd edərkən Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib.

Bundan əlavə, Vardanyanın PR məsləhətçilərinin COP29, qlobal iqlim dəyişikliyi sammitini pozmaq üçün saxta xəbərlər yaydığı iddia edilir. O, həmçinin “Troika Laundromat” vasitəsilə 4,6 milyard dolları yuyub, bu da onun Ukrayna hökuməti tərəfindən sanksiyalara məruz qalmasına səbəb olub.

Euronews, Vardanyanı İlan Şor ilə müqayisə edərək, hər ikisinin Kreml tərəfindən təyin edilmiş və müvafiq olaraq Ermənistan və Moldovada sabitliyi pozmaq üçün istifadə edilən oliqarxlar olduğunu vurğulayır. Qərb bu şəxslərə qarşı eyni cür yanaşmalı və onların əsl niyyətlərini düzgün qiymətləndirməlidir.

Daha ətraflı bu linkdən

https://minval.az/news/124429166

Musavat.com

04.11.2024 10:25
1431