Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibini qətlə yetirən şəxslər tutulub.
APA xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlunu qətlə yetirməkdə şübhəli bilinən Vüsal və Rafayıl Yusibov qardaşları tutulub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün kombi satışı ilə məşğul olan dükan sahibi 1983-cü il təvəllüdlü Quliyev Şəmiddin Aydın oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Şəmiddin Quliyev boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq qətlə yetirilib.