Etirazçılar qubernatorun təklifini rədd etdilər: aksiya davam edir

Göyçə qubernatoru Karen Sarkisyan ötən il yanğında həlak olan hərbçilərin valideynləri, hazırda İrəvan-Göyçə yolunu bağlayan şəxslərlə görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Qubernator etiraz aksiyasına son qoymağa və administrasiyada danışıqları davam etdirməyə çağırıb, lakin etirazçılar bundan imtina ediblər. Onların fikrincə, övladlarının necə öldüyünü və buna kimin cavabdeh olduğunu bilmək hüququ var. “Mən sizin tələblərinizin həllinə çalışacağam", - Sarkisyan vəd verib.

 

Musavat.com

18.04.2023 21:40
1017