Voskepar-Kirants (Əskipara-Heyrımlı) yolunda erməni etirazçılar ölkənin baş nazirinin müavini Mher Qriqoryanla görüş gözləyirlər.
Musavat.com-un məlumatına görə erməni mətbuatı yazır ki, onlar “Qriqoryanla Azərbaycanla sərhədin delimitasiyası məsələsinin qaldırılacağı görüşə qədər” yolu boşaltmaq niyyətində deyillər.
Onlar yolda tonqal qalayıb, çadır qurub, etirazlarını davam etdirirlər.