İŞİD terror təşkilatı İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
Musavat.com xatırladır ki, terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiklərini açıqlayıb. İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.
“ABŞ Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək”. Bunu isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. “Biz Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik. Bu o demək deyil ki, biz onları 2022 və 2023-cü illərdə olduğu kimi hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləməyə davam edəcəyik", - Miller qeyd edib.
Prezident köməkçisi Hikmət Hacıyev bəyan edib ki, bu gün sülh sazişinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır: “Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı”.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişinin qonağı Azad Vətən Partiyasının sədri Akif Nağıdır. Partiya sədri aparıcı Emil Salamoğlunun suallarını cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat