"Etiraf edirəm ki, həmin görüntülər saxta idi" - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli özü ilə bağlı etiraf edib.

Müğənni "Günaydın, Azərbaycan" verilişində heç vaxt yemək hazırlamadığını bildirib:

"Açıq deyirəm, indiyə qədər nə qoyun kəsib, soyub, nə də doğramışam. Heç kabab da bişirməmişəm. Bir dəfə efirdə göstərdilər ki, guya kabab bişirirəm. Amma həmin görüntülər saxta idi. Kababçı düzmüşdü, mən də yalandan şişləri fırlatdım. Bunu da buradan etiraf edirəm".

26.07.2025 16:31
782