Ətin qiyməti bahalaşıb? - VİDEO

Son günlər sosial şəbəkələrdə quzu ətinin bahalaşması ilə bağlı məlumatlar yayılır. Ətin bir kiloqramının qiymətinin 20 manat olduğu bildirilib.

Bəs iddialar nə dərəcədə əsaslıdır? Ətin qiyməti bahalaşıbmı?

Satıcılar bildiriblər ki, ətin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət heyvanın çəkisindən asılıdır. Çəki az olduqda qiymət də yüksəlir. Bu baxımdan bazarda nəinki kilosu 20 manata, hətta 22 manata olan quzu ətinə də rast gəlmək mümkündür.

Lakin belə məhsullar geniş alıcı kütləsi üçün deyil. Onlar sifarişlə satılır.

İqtisadçı Xalid Kərimli hesab edir ki, tələbatın artması səbəbindən bahalaşmanın olması normal haldır:

“Son dövrlər əhalinin sayında artım müşahidə olunur, eyni zamanda da quzu, qoyun, keçi yetişdirilməsi sahəsində say artımı qeydə alınmır. Beləliklə, əhalinin tələbatı artdıqca quzu, keçi ətinin qiymətinin yüksəlməsi paralel şəkildə davam edir. Bahalaşmanın dayanması üçün ya qoyun, keçi yetişdirilməsi çoxalmalıdır və yaxud xaricdən - Gürcüstün, İran, Dağıstandan qoyun ətinin idxalı artmalıdır”.

Bir sözlə, bazarda hər qiymətə ətə rast gəlmək olar. Lakin bu heç də bahalaşma demək deyil. Qiymətin dəyişməsi məhsulun həcmindən və ona olan tələbatdan asılıdır.

Ətraflı Baku TV-nin süjetində:

09.01.2024 02:59
2230