Ətim töküldü - Xumar trenddən danışdı - VİDEO

Əməkdar artist Xumar Qədimova trenddəki mahnılarla bağlı diqqət çəkən açıqlamalar edib.

Sənətçi həmin ifaları gördükdən sonra insanların zövqündən gileylənib.

Bu barədə o, “Xəbərin var?” verilişində danışıb.

“Bacım trenddən bir şey göstərdi, birtəhər oldum. Bizim trendimiz başqa trenddir. Brendimiz başqadır. Biz doğulandan trendin özündəki trendik. O barədə danışmayaq, bizə yaraşmaz. Ətim töküldü. Mən dəli oldum. Birinci, ikinci, beşinci fərqi yoxdur. Necə olur ki, dinlənilir. Ağlamaq tutdu məni. Niyə insanlar belə oldu. Axı mənim millətimdir, istəyirəm zövqləri gözəl olsun”, - deyə müğənni bildirib.

Qeyd edək ki, Xumar Qədimovanın son təqdim etdiyi “Sevdim səni” mahnısı 11 milyondan çox izlənmə əldə edərək günlərlə zirvədə qalmışdı. (olay)


31.03.2024 18:03
2495