Etibar Məmmədov: “Nəsiman Yaqublunun avtomobil qəzasında faciəli ölümü...”

Azərbaycan Milli İstiqlal Partiyasının lideri, xalq hərəkatının öncül isimlərindən olan Etibar Məmmədov ötən gün ağır yol qəzasında həyatını itirən tarixçi professor Nəsiman Yaqublunun vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: “Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz verib. Görkəmli tədqiqatçı alim, vətənpərvər və mübariz ziyalı Nəsiman Yaqublunun avtomobil qəzasında faciəli ölümü xəbəri hər birimizi sarsıtdı. Nəsiman Yaqublu elmi fəaliyyəti ilə yanaşı, həm də peşəkar araşdırmaçı jurnalist kimi cağdaş mətbuatımızın inkişafında və ali dəyərlərin təbliğində xüsusi xidmətlər göstərməkdə idi.

Nəsiman Yaqublunun ölümündən kədərləndiyimi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.

Cavanşir ABBASLI
Musavat.com

26.08.2024 17:01
1456