Günümüzdə estetik əməliyyatların sayı günbəgün artır. Bunu həkimlər də təsdiq edirlər.
Lakin bu cür əməliyyatların bir çoxunun uğursuz nəticələri də göz önündədir. Bir neçə gün öncə plastik əməliyyatdan sonra dünyasını dəyişən “Medera Hospital” klinikasının işçisi Aygün Abbasovanın ölümü ilə bağlı xəbər verdik.
Qeyd edək ki, bu kimi hallar ilk deyil. Mövzunun aktuallığını nəzərə alıb TV Müsavatın əməkdaşları mütəxəssislərlə söhbət edib, paytaxt sakinlərinin də rəylərini öyrəniblər.
Ətraflı aşağıdakı video-reportajda izləyə bilərsiniz:
Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com