Esmira Babayeva vəfat etdi - FOTO

Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib.

Musavat.com apa-ya istinadla bildirir ki, bu barədə onun bacısı Nüşabə Babayeva-Vəkilova məlumat verib.

O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib.

Esmira Babayeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub.

Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır.

 

15.12.2023 11:56
1946