Xəbər verdiyimiz kimi, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən əsgər Hüseyn Axundov və Aqşin Bəbirov itkin düşüblər.
Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, əsgərlərdən biri – Aqşin Bəbirov barəsində Ermənistan məhkəməsi 11,5 il müddətində həbs hökmü verib. Hətta bu gün əsir Aqşinin anası ilə görüntülü telefon danışığı sosial şəbəkələrdə yayılıb.
TV Müsavatın əməkdaşı hazırda Ermənistanda məhkəmə prosesi davam edən digər əsir Hüseyn Axundovun anası ilə telefon bağlantısı yaradıb. Əsirin anası Şəlalə xanım oğlu ilə telefon danışığı edə bilmədiyini, sadəcə əsgər Hüseyn Axundovdan ona məktub gətirildiyini bildirib.
Ətraflı aşağıdakı linkdə izləyə bilərsiniz:
Dürrə Həsənova,
Rafət Şahbazov,
Musavat.com