Xocalı rayonunda xeyli miqdarda yabanı halda bitən çətənə bitkisi aşkarlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Xəbərə görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Əsgəran qəsəbəsi ərazisində yabanı halda bitən 1 ton 47 kq 1150 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.