"Atam dünən axşamtərəfi insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Çox xahiş edirəm bu məsələyə həssas yanaşılsın".
Musavat.com bildirir ki, bu sözləri tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Mustafayeva sosial şəbəkədə yazıb.
Vəkilin qızı qeyd edib ki, Əsabəli Mustafayev hazırda anlaqlı vəziyyətdədir.
"Sadəcə nitqində problem yaranıb", - deyə Təhminə Mustafayeva qeyd edib.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə və mətbuatda tanınmış vəkil Əsabəli Mustafayevin komaya düşdüyü barədə məlumat yayılıb.
Onu da qeyd edək ki, Ə.Mustafayev bir müddət əvvəl infarkt keçirib.
Xalidə Gəray
Musavat.com