Ermənistanla İran yük avtomobilləri üçün rüsumların ləğvinə dair razılığa gələ bilmir

Ermənistan hakimiyyəti iddia edir ki, rəsmi İrəvan və Tehran yük avtomobilləri üçün rüsumların qarşılıqlı ləğvinə hazırdırlar. Lakin İrəvan hansısa tarix deməkdən yayınır.

APA Ermənistan KİV-lərinə istinadla bildirir ki, mayın 21-dən etibarən Ermənistan nömrə nişanlı avtomobillər İran ərazisinə girmək üçün əlavə 120 dollar ödəməli olacaq.

Ermənistanın İrandaklı iqtisadi attaşesi Vardan Kostanyan bildirib ki, tərəflər avtomobilləri üçün rüsumların azaldılması barədə qərara gəliblər.

27.08.2022 01:53
518