Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi ölüb

Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi, Ermənistan baş nazirinin Beynəlxalq Frankofoniya Təşkilatındakı şəxsi nümayəndəsi Kristian Ter-Stepanyan ölüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

K.Ter-Stepanyanın 72 yaşı var idi.

07.11.2023 22:46
360