Ermənistanın təxribatı nəticəsində 2 hərbi qulluqçumuz şəhid olub - RƏSMİ

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.

Musavat.com

05.03.2023 20:34
3101