“Düşmən dəyişməyib, o, eynidir, sadəcə olaraq insanlarda qorxu yaradırlar”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanla görüşündə deyib.
“Biz demarkasiya məsələsini Əliyevin göstərişi ilə həll etməliyik?”, - deyə Melkonyan zaldakılara səslənib.
Qalstanyanın başlatdığı hərəkata toxunan Melkonyanın sözlərinə görə, nifrət vəziyyətindən çıxmaq lazımdır.
“Bizim siyasi ambisiyamız yoxdur. Sizi (Qalstanyanı) salamlayırıq. Cəmiyyətdə mövcud olan nifrət mühitini aradan qaldırın. Nə qədər mübahisə etsək, düşmən bizə nə edəcəyimizi bir o qədər diktə edəcək. Əgər insanlar küçələrə çıxır, şikayətlənir, etiraz edirsə, deməli, problem var”, - deyə erməni tarixçi qeyd edib.
Musavat.com