"Ermənistan hakimiyyəti ardıcıl və məqsədyönlü şəkildə ölkənin suverenliyini anqlosakson və türk maraqlarına qurban verir".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli politoloq Beniamin Matevosyandır.
Onun fikrincə, Paşinyanın Nyu-Yorkda Türk Evini ziyarət etməsi və Ərdoğandan Azərbaycanla danışıqlar prosesində vasitəçi olmasını xahiş etməsi onun türk dünyasına inteqrasiya etmək yolunu seçdiyini göstərir:
"Türkiyənin Cənubi Qafqazda NATO nümayəndəsi olduğu nəzərə alınsa, Paşinyanın bu yanaşmasının amerikalılar tərəfindən bəyənildiyi açıq-aydın görünür".
Musavat.com